Paşinyanın yalvarışları: beynəlxalq hüquqda görünməmiş hadisə - ŞƏRH
"Rusiyanın Ermənistana təlimatçı dəstəyi var”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşniyanın telefon zənginə cavab verməməsi ilə bağlı videogörüntünü şərh edərkən deyib. Politoloq hesab edir ki, Paşinyan Rusiya Prezidentindən dəstək istəməkdə davam edir: "Putin televiziya verilişində olarkən Paşinyan ona dəfələrlə zəng edib. Putin ona cavab verməyib, nəhayət əsəbiləşib, dəstəyi götürüb, "sənə zəng edərəm” deyə bildirib. Məsələ burasındadır ki, televiziya verilişini də yarımçıq qoymaq olmaz. Eyni zamanda Rutin istəsəydi, onunla həmin anda danışardı. Putin bilir ki, Paşinyan yenə də yalvarıb-sızıldayacaq ki, ona dəstək versin. Beynəlxalq hüquq qaydaları və münasibətlər isə belə şeylərə yol vermir”.
Qabil Hüseynli qeyd edib ki, bu baş verənlər Putinin Paşinyana soyuq münasibətini təsdiq edir: "Düşünün, bir dövlətin rəhbəri başqa dövlətin başçısından xahiş edir ki, torpaq işğal etmişəm, indi onu geri alırlar, bizə kömək elə, torpağı verməyim. Bu, beynəlxalq hüquq münasibətlərində görünməmiş bir hadisədir. Bu, Putinin Paşinyana soyuq münasibətini göstərir və eyni zamanda isbat etmək istəyir ki, "mən bu proseslərə qoşulmaq niyyətində deyiləm”.
Politoloqun fikrincə, Rusiyanın Ermənistana təlimatçı dəstəyi var: "Amma Rusiya əl altından silah göndərir, orada təlimatçıları var. 102-ci briqadanın üzvləri proseslərdə iştirk edir. Paşinyan istəyir ki, Rusiyanın dəstəyi daha böyük olsun, amma bu alınmayacaq”.