Hikmət Hacıyev: “Ermənistan yeni hərbi cinayətlər üçün zəmin yaradır”
![](/uploads/posts/2020-11/1604473484_52cca9b9-9244-3565-8ab1-b3df41817391_850.jpg)
“Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriya atəşinə tutur. Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Azərbaycan mülki vətəndaşlarına qarşı yeni hərbi cinayətləri üçün zəmin hazırladıqları açıq-aşkar görünürdü”.
AFN xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.