Ərdoğan Qarabağ barədə: Zəfərə yaxınlaşırıq
"Suriyada, Liviyada biz var olduq, indi isə Azərbaycanda biz varıq. Bu səhər İlham Əliyev qardaşımla danışdım, hazırkı vəziyyətlə bağlı məlumatı birbaşa ondan aldım. Əlhəmdülillah, xoş hadisələrlə bağlı məlumatı özündən eşidincə lap sevindik. İnşallah, zəfərə yaxınlaşırıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
"30 il işğal altındakı ərazilərdən ayrı qaldılar. Amma indi işğal altındakı torpaqlarına qovuşurlar. Ədalət və İnkişaf Partiyası və Tayyib Ərdoğanı kim niyə sevir və ya sevmir deyə baxsaq nəticə budur. Nə işin var sənin Liviyada, Azərbaycanda, Suriyada – bizi məhz bu səbəbdən sevmirlər. Bu zalımın qarşısında dayanacağıq. Bizi ümmət sevir, bizi məzlumlar sevər, bizə bu bəsdir”, - o qeyd edib.