Qarabağda hərbi hissədə partlayış olub, 2 erməni əsgəri ölüb
![](https://static.report.az/photo/e5c9ee63-fd81-3908-98cc-403e37a31d26_850.jpg)
Qarabağda ermənilərə məxsus hərbi hissədə partlayış olub.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə ötən gün silah-sursat daşınması zamanı baş verib.
Partlayış nəticəsində Jirayr Matevosyan və Geram Ovannisyan adlı (hər ikisi 2001-ci il doğumlu) erməni əsgərlər ölüb.