Ermənistan və Azərbaycan arasında təbliğat müharibəsi və Amerika mediasında qərəz


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və üzvü Esmira Cəfərovanın "Modern Diplomacy" nəşrində "Ermənistan və Azərbaycan arasında təbliğat müharibəsi və Amerika mediasında qərəz" başlıqlı məqaləsi dərc olunub.

Məqalədə Qərb mediasında Ermənistan-Azərbaycan münaqişəsinin işıqlandırılmasına dair qərəzli yanaşma və bunun da artan İslamafobiya və Türkofobiya zəminində baş verdiyinə diqqət çəkilir.

Bildirilir ki, bütün bunların, xüsusən də Qərb mediasında yalnız ermənipərəst mövqedən çap edilən yazıların artması fonunda Azərbaycanın da münaqişənin tarixi kökləri və digər məsələlərə dair təqdim etdiyi məqalələr diqqətə alınmır. Belə ki, son zamanlar erməni əsilli və erməni diasporu tərəfindən maliyyələşdirilən ekspertlər İkinci Qarabağ müharibəsi zamanı xristian irsinin dağıdılması kimi ittihamlarla Azərbaycana qarşı kampaniya başladıblar. "Lakin bu kampaniyanın fonunda Qərb mediası Azərbaycan əsilli müəlliflərin sözügedən kampaniyaya cavab xarakterli yazılarını dərc etməkdən imtina edib. Bunların sırasına “TheConversation” və “New York Review of Books” tərəfindən çap edilmiş, guya ki, erməni irsinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında təhlükəyə məruz qalmasına dair qərəzli yazıya azərbaycanlı müəlliflərin cavab olaraq təqdim etdikləri məqalələri çap etməmələrini misal gətirmək olar. Cavab məqaləsində həm də “TheConversation” və “New York Review of Books” tərəfindən çap edilmiş məlum məqalələrdəki ermənipərəst mövqedən yazılmış arqumentlərə cavablar da təmin edilir, Azərbaycanın 30 ilə yaxın işğal altında olmuş torpaqlarındakı dini-mədəni abidələrin dağıdılması, mənsubiyyətlərinin dəyişdirilməsi və digər bu kimi cinayətlərə diqqət çəkilir. Belə misallar təssüf ki çoxdur", - deyə müəlliflər qeyd edir.

Sonda vurğulanır ki, müharibə bitəndən sonra regionda sülhə nail olmağın yeganə yolu Ermənistan və Azərbaycan xalqları arasında barışığa nail olunmasıdır: "Lakin Qərb mediasında bu kimi qərəzli yazılar, eləcə də bu məsələdə Azərbaycana söz haqqının verilməməsi bu məqsədə xidmət etmir. Yaxşı olardı ki, “TheConversation” və “New York Review of Books” tərəfindən çap edilmiş Ermənistanın mövqeyinə xidmət edən bu tipli qərəzli yazılar bu media portalları tərəfindən yoxlanılaraq daha ədalətli və balansı bir yanaşma təmin olunardı".

Daha ətraflı: Moderndiplomacy.eu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu