Türkiyə XİN: “Suriya Demokratik Şurası"nın Rusiyaya səfərindən narahatıq


Türkiyə XİN:


"Terror təşkilatı PKK/YPG-nin "Suriya Demokratik Şurası"nın bir qrup üzvünün Rusiyaya dəvət edilməsi, orada rəsmi olaraq, yüksək səviyyədə qəbul edilməsindən çox narahatıq".

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin PKK/YPG-nin "Suriya Demokratik Şurası" üzvlərinin Rusiyaya səfərilə bağlı açıqlamasında bildirilib.

Qeyd olunub ki, PKK/YPG terrorçular və separatçılara himayəçilik edən, Suriyanın ərazi bütövlüyünü təhlükə altında alan, Suriyanın qonşularının, xüsusilə Türkiyənin milli təhlükəsizliyini təhdid edən bir terror təşkilatıdır: “Rusiyanın bu addım Suriyanın ərazi bütövlüyü ilə əlaqədar qəbul olunan Astana protokolunun prinsiplərinə ziddir. Əslində Astana protokolunu qəbul edən ölkələrin 25 avqust 2020-ci ildə Cenevrədə keçirdiyi toplantıdakı ortaq açıqlamasında qanunsuz, separatçı birləşmələrin fəaliyyəti əleyhinə ortaq mövqe bildirilib.

Rusiya Federasiyasının Astana protokolu və bu formatlı görüşlərdə götürdüyü öhdəliklərə uyğun hərəkət etməsini, PKK/YPG-yə bağlı təşkilatlara xidmət edəcək addımlardan çəkinməsini gözləyirik”.

Açıqlamada bildirilib ki, hazırda Moskvada siyasi məsləhətləşmələr aparan Türkiyə Xarici İşlər Nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti orada məsələ ilə bağlı mövqeyini ortaya qoyacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu