Mingəçevir SES-də yanğın başlayıb - VİDEO


Mingəçevir SES-də yanğın başlayıb -


Mingıçevir elektrik stansiyasında yanğın başlayıb.



AFN-ə şahidlərin verdiyi məlumata görə, təxminən bir neçə dəqiqə əvvəl başlayan yanğın güclüdür: "Hazırda şəhərdəki bütün yanğınsöndürmə maşınları hadisə yerinə cəlb olunub, yanğının qarşısını almağa çalışırlar".

Xəbəri "Azərenerji"dən dəqiqləşdirmək istəsək də qurumun mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev zənglərimizə cavab vermədi. Hadisə barəsində ətraflı məlumat öyrənməyə çalşacağıq.

Şahidlər bildirirlər ki, Mingəçevirdə elektrik kəsilib. Bakının da bəzi ərazilərində də elektrik verilişi dayansa da, qısa müddətdən sonra bərpa olunub. Güman edilir ki, elektrik verilişindəki fasilə baş verən hadisə ilə əlaqəlidir.

AFN hadisə yerindən çəkilən videoları təqdim edir:








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu