Orxideya gülünə necə qulluq edilməlidir? - incə maraqlar

Bu yazımda sizinlə Phalaenopsis Orxideyalara qulluq barəsində bütün bildiklərimi və əsasən də ev şəraitində faydalana biləcəyiniz məsləhətləri ətraflı şəkildə bölüşəcəyəm.
Mənim orxideya sevgim ilk dəfə akademiyaya qəbul olduğum il özümə bir ağ orxideya hədiyyə etməyimlə başladı və artıq 6 ildir ki davam edir. Orxideyalar mənim ən çox sevdiyim 2-3 dibçək gülündən biridir. Son zamanlar orxideya sevənlərin və evdə saxlayanların sayı da gün keçdikcə artır. Ancaq təəssüf ki, bir o qədər orxideya da yanlış qulluq səbəbindən tələf olur. Beləliklə, bir-birindən gözəl orxideyalarınızla illər boyu birlikdə olmağınız üçün 6 illik təcrübələrimi sizinlə bölüşürəm:
🌞 İşıq istəyi:
Günəş Phalaenopsis orxideyalar üçün olduqca vacibdir. Yetərli gün işığı alan orxideyalar daha sağlam və sürətli inkişaf edir. Onları bol aydınlıq olan, işıqlı yerlərdə saxlamaq lazımdır.
Qeyd: Birbaşa günəş şüaları orxideyanı zədələyə bilər. Pəncərə ilə orxideya arasında pərdə qoymaq məsləhətdir.
💧 Sulama qaydası:
Orxideyaları kran suyu ilə sulamaq olar. Ancaq 2 gün öncədən geniş qabda ağzı açıq vəziyyətdə saxlayaraq xlorun uçmasına imkan yaradın.
Sulamanı səhərlər edin. Su otaq temperaturunda olmalıdır. Artıq sulama kök çürüməsinə səbəb ola bilər.
Sulama rejimi müəyyən günlərə əsaslanmamalıdır. Əlinizlə torpağın 2 sm dərinliyini yoxlayaraq qərar verin.
💦 Nəmlilik:
Orxideyalar nəmli mühitdə yaxşı inkişaf edir. Quru havalarda bu ehtiyac süni yollarla qarşılanmalıdır. Əgər bənövşə saxlayırsınızsa, orxideyalar da eyni şəraitdə inkişaf edə bilər.
🪴 Dibçək seçimi:
Orxideyaların şəffaf dibçəkdə saxlanması vacibdir. Çünki kökləri də fotosintez edir. Şəffaf dibçəyi dekorativ qabın içinə yerləşdirsəniz, köklər işıqdan məhrum qalacaq.
🌱 Torpaq istəyi:
Orxideyalar üçün adi torpaq uyğun deyil. Onlar şam ağacının qabığı, sfaqnum mamırı, kokos qabığı hissəciklərindən ibarət qarışıqda böyüməlidir. “Orxideya torpağı” adlandırılan hazır qarışıqları istifadə edin.
🌿 Gübrə istifadəsi:
Ayda bir dəfə və ya hər 4 sulamada bir dəfə orxideya üçün xüsusi maye gübrə istifadə etmək kifayətdir. Yayın qızmar dövründə gübrə verilməməlidir.
🌸 Çiçəklənmə:
Orxideyalar ildə 1-2 dəfə çiçək açır və çiçəkləri uzun müddət qalır. Çiçək açmaq üçün sərin hava şəraiti tələb olunur. Çiçəklənmədən sonra 6 aylıq dincəlmə dövrü normaldır. Parnik şəraitində becərilən orxideyalar mağazalarda ilboyu çiçəkli görünə bilər.
✂️ Budanması:
Çiçəklər solduqdan sonra 3-cü buğumun üstündən budamaq olar. İti və steril bıçaqla budayıb, kəsik yerinə az miqdarda darçın səpmək məsləhətdi