Əli Əsədov: "Ermənilərin dağıtdığı evlərin tikintisinin başa çatdırılması üçün tədbirlər görülür"


“İşğaldan azad eddilmiş ərazilərin bərpası ilə bağlı ilkin işlərə başlanılıb. Bunun üçün dövlət büdcəsində 2,2 milyard manat maliyyə təminatı yaradılıb”.



“Report” un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən bütün yerlər bərpa olunacaq: “Müharibə zamanı mənfur düşmən münaqişə zonasından kənar olan yerlərə də zərbələr endirib. Həmin əraziərdə zərər çəkmiş evlərin tikintisinin başa çatması üçün tədbirlər görülməkdədir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu