Son sutkada koronavirusa yoluxanların statistikası

AFN xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 246 974 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 233 087 nəfər müalicə olunaraq sağalıb, 3 366 nəfər vəfat edib, aktiv xəstə sayı 10 521 nəfərdir.
Son sutka ərzində 5 928, bu günə kimi ümumilikdə 2 782 463 test aparılıb.