Tanınmış rəssam imkanlı şəxslərə səsləndi...
Bir çox sosial layihələrin müəllifi “Həyata Ümid” İctimai Birliyinin rəhbəri, tanınmış rəssam Milena Nəbiyeva ramazan ayında da xeyriyyəçilik missiyasını davam etdirir.
Bir neçə gündür davam edən aksiya Bakının Xəzər, Suraxanı, Sabunçu, Nərimanov, Nizami və digər rayonlarında yaşayaşan aztəminatlı, şəhid və qazi ailələrini əhatə edib və bu ailələrə ərzaq yardımı çatdırılıb.
Bu aksiyanın davamlı olması üçün Milena Nəbiyeva imkanlı şəxslərə müraciət ünvanlayıb və birlikdə bu işin görülməsi və ramazan ayında ehtiyaclı insanlara yardım edilməsinin vacibliyini bildirib.