Bu şəxslərə ikinci doza vaksin vurulmamalıdır - AÇIQLAMA
AFN xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan həkim Nuranə Hacıağayeva bildirib.
O əlavə edib ki, vaksin olunduqdan sonra ən azı 30 dəqiqə müddətində insanlar xəstəxanada gözləməlidir: "Bundan sonra vaksin vurulan şəxslər evə buraxılmalıdır. Əgər birinci dozada hər hansı allergik reaksiya, çox halsızlıq müşahidə olunarsa, ikinci dozanı vurdurmağa ehtiyac yoxdur".