2023-cü ildən etibarən turizm tədricən əvvəlki inkişaf tempinə qayıda bilər - Agentlik


Pandemiyanın ölkə iqtisadiyyatına, o cümlədən turizmə və turizm sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirləri, sosial və iqtisadi məqamları özündə ehtiva dəstək paketi təqdim olundu. Bu dəstək paketindən turizm sahibkarlıq subyektləri də faydalandı. Dəstək paketi çərçivəsində hökumət turizm sənaye subyektlərində əmək müqaviləsi əsasında çalışan şəxslərin əmək haqqını qarşıladı.


Bu barədə AFN-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib. Qeyd edilib ki, ümumi olaraq, pandemiya dövründə turizm sektoru 60 milyon manatlıq yardım paketindən faydalanıb: "Biz proseslərə optimist yanaşırıq. Hesab edirik ki, 2023-cü ildən etibarən turizm tədricən əvvəlki inkişaf tempinə qayıdacaq. Xüsusilə, bütün dünyada vaksinasiyanın sürətlənməsi ilə turizmin bərpası prosesi də sürətlənəcək. Beynəlxalq təşkilatların da qiymətləndirmələrinə əsasən pandemiyadan əvvəlki rəqəmlərə yaxınlaşma 2023-cü ildən etibarən mümkün olacaq".
Agentliikdən verilən məlumatda o da qeyd edilib ki, 2019-cu ildə Azərbaycana gələn xarici ziyarətçilərin sayı 11.3% artaraq 3.17 milyon nəfərə, onlar tərəfindən xərcləmələr isə 11.6% artaraq 3 milyard manata çatmışdı: "İnanırıq ki, 2023-cü ildə biz 2019-cu ilin rəqəmlərini bərpa edə biləcəyik, növbəti illərdə isə daha çox artıma nail olacayıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu