Türkiyədə 81 yanğın ocağından 70-i lokallaşdırılıb
Türkiyənin yanğınsöndürənləri 81 yanğın ocağından 70-i lokallaşdıra biliblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib.
"Hazırda 81 yanğın ocağından 70-i lokallaşdırılıb. Adanada, Antalyada, İzmirdə, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir", - deyə o, özünün tvitterdəki hesabında yazıb.