Türkiyədə 107 yanğın ocağı məhdudlaşdırıldı


Türkiyəni cənginə alan meşə yanğınlarına qarşı mübarizə davam edir.


AFN xəbər verir ki, 30 bölgədəki 112 yanğın ocağından 107-si nəzarət altına alınıb. Bu barədə Türkiyənin Kənd Təsərüfatı naziri Bekir Pakdemirli məlumat yayıb.

Nazir bildirib ki, hazırda Antalya və Muğladakı 5 bölgədə yanğınlar davam edir (Antalya - Manaqvat, Gündoğmuş; Muğla - Marmaris, Köyceğiz, Milas). Bu bölgələrdə 16 yanğın ocağı nəzarətə götürülüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu