Niyə bu il qəbul imtahanında heç kim 700 bal toplaya bilmədi? - Təhsil eksperti


"Son illər buraxılış və qəbul imtahanlarında ən yüksək bal toplayanların olmamasının əsas səbəbi texniki və təbiət fənlərinin tədrisində ənənəvi qaydada mövcud olan problemlərlə bağlıdır”.


Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov cari ildə qəbul imtahanlarında ən yüksək - 700 bal toplayan abuturiyentlərin olmamasının səbəblərindən danışarkən deyib. Ekspertin fikrincə, pandemiya göstərdi ki, ölkədə tədrisin təşkilində ciddi problemlər mövcuddur: "Məhz bu problemlər xüsusən də tibb ixtisası üzrə yüksək bal toplamağa, yüksək kadrların yetişdirilməsinə əngəl olur. Aşağı balla müəllimlik ixtisasına qəbul həyata keçirmək olar, onlar öyrənəcəklər. Amma tibb, mühəndislik ixtisasları üzrə aşağı ballı kadr qəbul etmək olmaz. Çünki onların bilik və bacarığı aşağı səviyyədə olacaq. Azərbaycan bir il yarımdan çoxdur ki, pandemiya dövrünü yaşayır. Nəticədə ənənəvi təhsilin təşkilində problemlər meydana çıxıb. Mövcud vəziyyət göstərdi ki, Azərbaycanda qəbul və buraxılış imtahanlarında yüksək nəticələr yalnız və yalnız repetitor və hazırlıq kurslarının olması nəticəsində baş verir. Çünki Dövlət İmtahan Mərkəzi (DİM) pandemiya dövrü və müharibənin yaratdığı çətinlikləri nəzərə alaraq, qəbul və buraxılış imtahanlarına orta məktəblərin ikinci yarım ilində keçirilən mövzular üzrə sualları salmadı”.

Həmsöhbətimizə görə, qəbul imtahanlarında yüksək bal toplayanların olması üçün tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılmalıdır:
"Müəllimlərin məsuliyyət hissini artırmaq üçün nəticəsi zəif olan məktəbləri mütləq şəkildə bu və ya digər formada məsuliyyətə cəlb etməliyik. Bu zaman nəticəsi zəif olan məktəb müəllimlərinin əmək haqqını azaltmaq, əksinə yüksək nəticə göstərən məktəblərdə çalışanların maaşını isə artırmaq olar. Cari ildə 250 məktəbin bir nəfər də olsa məzunu ali məktəbə qəbul olunmayıb. Amma buna görə hər hansı bir direktor, rayon təhsil şöbəsinin rəhbəri cəzalanmadı. Eyni zamanda, nəticəsi yaxşı olanlar da mükafatlandırılmadı”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu