Yoluxanların bu günə olan statistikası açıqlandı
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1356 yeni yoluxma faktı qeydə alınıb, 2651 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
AFN xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 17 nəfər COVID-19-dan dünyasını dəyişib.