Məşhur aktyor film çəkilişində operatorla rejissoru güllələdi - VİDEO


ABŞ-da film çəkilişi zamanı bədbəxt hadisə baş verib.


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna döyüş səhnəsi çəkilən zaman silahların boş patronlar əvəzinə, səhvən döyüş qabiliyyətli güllələrlə doldurulması səbəb olub.

Döyüş səhnəsinin çəkilişi zamanı güllələrdən biri filmin operatoru, digəri isə rejissoruna dəyib. Rejissor körpücük sümüyündən yaralanıb, 42 yaşlı operator Qalina Hatçins isə çatdırıldığı xəstəxanada ölüb.

Məlumata görə, aktyor Alek Bolduin filmin çəkilişində iştirak edib və atəşi də məhz o açıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu