"Rust" filminin məhkəməsi davam edir - Çəkiliş işçisi azadlıqdan məhrum edildi


Alek Bolduinin əlindəki silahla kino operatorunun vurularaq öldürüldüyü "Rust" filminin məhkəməsində aktyor ikinci dəfə “ehtiyatsızlıqdan adam öldürmədə” ittiham olunur. İşdə bir çəkiliş işçisi günahkar bilinərək, məsuliyyətə cəlb edilib.



Rust filminin operatoru Halyna Hutchins-in ölümünə səbəb olmaqda günahlandırılan Alek Bolduinin işində yeni proses olub.

Çəkiliş meydançasında odlu silahların təhlükəsizliyinə cavabdeh olan Hannah Gutierez Rid həbs cəzasına məhkum edildikdən sonra Halyna Hutcinsin ailəsi qərardan məmnun qaldıqlarını ifadə edib. Rid 18 ay müddətinə azadlıqdan məhrum edilib.

İyul ayında filmin prodüseri və baş rol ifaçısı Alek Bolduin də eyni iş üzrə hakim qarşısına çıxacaq. Bolduin də təqsirli bilinərsə, onu 18 ay həbs cəzası gözləyir.

Halyna Hutcins ailəsi də Alek Bolduinin adını çəkmədən ona işarə edib. Ailə üzvləri tərəfindən verilən açıqlamada Halynanın ölümündə günahkar olan hər kəsin cəzalandırılmasını səbirsizliklə gözlədikləri bildirilib.

Mənbə: Haberglobal.com.tr



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu