Azərbaycanda təhsillə bağlı yeni standartlar və tələblər hazırlanr
"Yeni təhsil proqramlarının və yeni standartların hazırlanması çox vacibdir, bunun üzərində iş gedir".
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə yanında İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, təhsil sahəsində yeni standartlar və tələblər hazırlanr: "Bununla bağlı müzakirələr aparılır. Təhsil sisteminin təkmilləşdirilməsi zəruridir və zamanın tələbidir".