Azərbaycanlı gənc Ukraynada nazir müavini təyin edildi


Ukraynanın Nazirlər Kabineti noyabrın 10-da keçirilən iclasında “A” kateqoriyalı dövlət qulluğu vəzifəsi üzrə müsabiqənin qaliblərini müəyyən edib.


“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, nəticələrə əsasən, azərbaycanlı gənc Fərid Səfərov nazir müavini təyin olunub.

Belə ki, Fərid Səfərov Ukraynanın energetika nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiya və rəqəmsallaşma üzrə müavini təyin edilib.

Qeyd edək ki, Səfərov bu vəzifəyə qədər “Ukrpoçt” Aksioner Cəmiyyətinin Müşahidə Şurasının sədr müavini olaraq çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu