Ermənistan Hərbi Hava Qüvvələrinin bazasının yaxınlığında partlayış olub


Ermənistan Hərbi Hava Qüvvələrinin Gümrü bölgəsindəki ixtisaslaşmış bazasının yaxınlığında partlayış baş verib.


“Sputnik Armeniya”nın verdiyi məlumata görə, bunu yerli həkimlər bildiriblər.

Nəticədə 2003-cü ildə anadan olmuş T.U. döş qəfəsindən yaralanıb. O, Gümrüdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu