Azərbaycanda çox azçəkili körpələrin əksəriyyəti ölür -
"Bu gün Azərbaycanda azçəkili körpələrin, təxminən, 90 %-dən çoxu sağ qalır".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (neanotoloq) Rüstəm Hüseynov deyib.
Onun sözlərinə görə, ölkədə çox azçəkili körpələrin sağalma faizində müəyyən problemlər var: “Belə ki, ölkədə həmin körpələrin sağalma faizi 30-40 %-ə gəlib çatır. Halbuki dünyada bu göstərici təxminən 80 %-ə yaxındır”.
Mütəxəssis əlavə edib ki, Azərbaycanda hazırda ən azçəkili uşaq "Yeni Klinika"da olan 524 qramlıq körpədir: "Onun sağlamlığı normaldır, böyüyür".