Cənubi Koreyada qeydə alınmayan körpə ölümləri 249-a yüksəlib


Cənubi Koreyada doğulduqdan sonra rəsmi qeydiyyatı olmayan körpələrlə bağlı başladılan istintaq çərçivəsində ölü tapılan körpələrin sayı 249-a yüksəlib.


"Yonhap" agentliyinin xəbərinə görə, Cənubi Koreya Səhiyyə və Rifah Nazirliyinin verdiyi açıqlamada, ölkə daxilində rəsmi qeydiyyatı olmayan 2000-dən çox körpənin təxminən 12 faizinin öldüyü bildirilib.

Nazirlik araşdırmalar çərçivəsində öldüyü müəyyən edilən körpələrin sayının 249-a yüksəldiyini açıqlayıb.

Polis qətldə şübhəli bildiyi 7 işi prokurorluğa göndərib.

Əhali qeydiyyatında olmayan körpələrdən 1025-nin sağ olduğu təsdiqlənsə də, onlardan 814-ü ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.

Nazirlik bəyan edib ki, 2015-2022-ci illər arasında ölkədə stasionar müalicə alan, lakin əhalinin uçotunda olmayan 2123 körpə doğulub.

Rəsmi qeydiyyatı olmayan körpələrdən 1263-nün paytaxt Seul və ətraf rayonlardan olduğu qeyd edilib.

Bildirilib ki, Cənubi Koreyanın Nəzarət və Təftiş Şurası körpələrin vəziyyətini öyrənmək üçün araşdırmaya başlamağı planlaşdırır.

Cənubi Koreya qanunlarına görə, səhiyyə müəssisələri yeni doğulmuş körpələr haqqında dövlət orqanlarına məlumat verməli deyillər.

Valideynlər övladlarını doğulduqdan sonra bir ay ərzində qeydiyyata almalıdırlar.

Doğum haqqında məlumat verilmədiyi halda yüngül cərimələr tətbiq edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu