Cənubi Koreyada immiqrantların sayı artıb


Ölkədəki mühacirlərin sayı, o cümlədən Cənubi Koreyada vətəndaşlıq hüququ olanlar ötən illə müqayisədə 10 faiz artaraq 1 milyon 480 min nəfərə çatıb.



Yonhap-ın məlumatına görə, Cənubi Koreya Statistika Agentliyi 2022-ci ildə 1,35 milyon olaraq qeyd edilən 15 və daha yuxarı yaşda olan immiqrantların sayının 2023-cü ilin may ayı etibarilə 10 faiz artaraq 1,48 milyona çatdığını açıqlayıb.

Hesabatda immiqrantların təxminən 51 mininin sonradan Cənubi Koreya vətəndaşı olduğu, 1,43 milyon əcnəbi immiqrantdan 472 mininin Cənubi Koreya əsilli Çin vətəndaşı, 201 min nəfərinin isə Vyetnam vətəndaşı olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu