Kim Çen İn şagirdləri edam etdirib
Şimali Koreyada oktyabrın əvvəlində qonşu Cənubi Koreyanın seriallarına baxan üç orta məktəb şagirdi edam edilib.
AFN.az xəbər verir ki, bu barədə Cənubi Koreyada nəşr edilən “Çosun İlbo” qəzetinin məlumat yayıb.
Şimali Koreyada 2020-ci ilin dekabrında qüvvəyə minmiş yeni qanunda qeyd edilir ki, Cənubi Koreya audiovizual məzmunun istehlakı cinayət sayılır.
Əvvəllər azyaşlılar qanuna tabe olmadıqları üçün edam olunmasa da, məlum olub ki, cəza indi gəncləri də əhatə edir. Məlumata görə, Şimali Koreya ilə Çin sərhədinə yaxın olan Hyesan şəhərində orta məktəb şagirdi olan üç nəfər oğlan Cənubi Koreya və ABŞ televiziya proqramlarına baxarkən yaxalanıb. Həbs edilən gənclərə ölüm cəzası verilib. Edamın icrası dünya mətbuatında böyük reaksiya ilə qarşılanıb.
Qeyd edilir ki, Şimali Koreya vətəndaşları Cənubi Koreya serialları və musiqiləri ilə maraqlanırlar. “Unification Media Group”un sorğusuna əsasən, respondentlərin 96 faizi “Squid Game” və “Crash Landing on You” kimi məşhur Cənubi Koreya dramlarına baxıb. Şimali Koreyanın Cənubi Koreya seriallarına baxdıqlarına görə öz vətəndaşlarını edam etməsi ilk dəfə deyil. Ötən il Kim Çen İni xərçəng xəstəsi kimi xarakterizə edən “K-pop” musiqi kliplərinə baxdıqdan sonra yeddi nəfərin edam edildiyi xəbərləri ortaya çıxıb.
M.Vahidli