Cənubi Koreyada şübhəli paket bildirişləri: 4 gündə 2000 bildiriş


Cənubi Koreyada son 4 gündə zərərli maddələrin olduğu güman edilən 2000-dən çox şübhəli bağlama haqda məlumat daxil olub.


"Yonhap"ın xəbərinə görə, Cənubi Koreyanın Milli Polis Agentliyi cümə axşamı günündən bəri vətəndaşlardan 2058 şübhəli bağlamanın bildirildiyini açıqlayıb.

Açıqlamada qeyd olunan bildirişlər arasından 645 bağlamanın polis tərəfindən yoxlanıldığı, digərlərinin isə saxta məlumat olduğu bildirilib.

Polis tərkibində zəhərli maddələrin olması ilə bağlı narahatlıqla araşdırdıqları bağlamaların indiyə qədərki narahatlıqların əksinə olaraq boş olduğunu və ya ucuz məhsul olduğunu bildirib.

Cənubi Koreya Polisi bəzi e-ticarət firmalarının vətəndaşların şəxsi məlumatlarını qeyri-qanuni olaraq satın aldıqları və ünvanlarına sifarişsiz məhsullar göndərərək satışlarını artırmağa və müsbət rəylər almağa çalışdıqları bir növ fırıldaqçılıqdan şübhələnir.

Səlahiyyətlilər şübhəli beynəlxalq paketlərin Tayvandan olduğunu müəyyən etdiklərini və problemi həll etmək üçün çinli həmkarları ilə birlikdə hərəkət etdiklərini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu