Qarabağ Dirçəliş Fondu Karabakhmemorial.com layihəsini təqdim edib - FOTOLAR


Qarabağ Dirçəliş Fondu Karabakhmemorial.com layihəsinin təqdimatını keçirib.


AFN xəbər verir ki, tədbirdə Qarabağ Dirçəliş Fondunun rəhbəri Rəhman Hacıyev, Ailə Uşaq Qadın Məsələləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, XİN-in səlahiyyətli şəxsləri, şəhid ailələri, millət vəkilləri, QHT nümayəndələri və jurnalistlər iştirak edib. Tədbirin açılışında şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. Sonra fondun rəhbəri R.Hacıyev erməni quldurlarının Qarabağda törətdiyi dəhşətli faktları sadalayaraq bildirib ki, Qarbağda baş verən qırğın və talançılıq hər iki Dünya müharibəsinin nəticələri ilə demək olar ki, eynidir. Sonra söz Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya, Ombudsman Səbinə Əliyeva və digər tədbir iştirakçılarına verilib. Tədbir layihənin təqdimat videosunun nümayişi ilə davam edib. Təqdimat videosu zamanı duyğusal anlar yaşanıb və tədbir iştirakçıları göz yaşalarını saxlaya bilməyib.
Onu da xüsusi vurğulayaq ki, layihə I Vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə hazırlanıb.
























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu