Hulusi Akar: “Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutmalıdır”
“Azərbaycan və Türkiyə prezidentləri barış əli uzadıblar Ermənistana. Bizim niyyətimiz odur ki, Ermənistan Azərbaycanın uzatdığı barış əlini tutsun, dərhal regionda sabitlik təmin olunsun, bölgəyə sülh gəlsin və insanlar təhlükəsiz şəraitdə yaşasın”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailə üzvlərini qəbul edərkən deyib.
“Bizim dərdimiz torpaqlarımıza göz dikilməməsidir. Bizim dərdimiz budur. Bizim heç kimin torpağında gözümüz yoxdur”, - nazir vurğulayıb.