İsraildə hərbi helikopter qəzaya düşdü


İsrailin şimalında yerləşən Hayfa şəhəri sahillərində “Eurocopter AS565 Panther” hərbi helikopteri qəzaya düşüb.


Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Helikopterin göyərtəsində 3 pilot olub, onlardan ikisi – polkovnik-leytenant və kapitan həlak olub. Digər pilot – kapitan isə ağır yaralanıb.

Bildirilir ki, helikopter yanvarın 3-də axşam saatlarında Hərbi Hava Qüvvələrinin Ramat- Daviddəki aviabazasından Hayfa sahillərində təlim uçuşu üçün havaya qalxıb. Naməlum səbəbdən dənizə düşüb.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu