Bölgələrdə ixtisaslaşmış həkimlər çatışmır - RƏSMİ


"Azərbaycanın bölgələrində ixtisaslaşmış həkimlərin çatışmazlığı ilə üzləşirik".


AFN.az APA-ya istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda tədbirdə deyib.

O bildirib ki, Azərbaycanda əsas multidisiplinar xəstəxanalar Bakıda yerləşir:

"Buna görə də vətəndaşlar tibbi xidmət almaq üçün regionlardan Bakıya üz tuturlar. Məqsədimiz odur ki, bölgələrdə multidisiplinar xəstəxanalar yaradaq və regionlardan insanların Bakıya gəlməsinə ehtiyac qalmasın”.

A.Nəsirov həmçinin qeyd edib ki, ölkədə 1300 təcili tibbi yardım maşını fəaliyyət göstərir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu