Mindən çox əcnəbi Beynəlxalq Legiona qoşulmaq üçün Ukraynaya gedir

Artıq mindən çox əcnəbi Ukrayna Beynəlxalq Müdafiə Legionuna qoşulmaq üçün Ukraynaya gəlib.
AFN.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinq zamanı danışıb.
“Artıq Ukraynaya dünyanın 16 ölkəsindən xalqımızla ilə çiyin-çiyinə döyüşməyə hazır olan könüllülər gəlir. Onların ümumi sayı artıq min nəfəri keçib”, - Kuleba vurğulayıb.
Nazir əlavə edib ki, müvafiq sənədlərin qəbulu davam edir.