Kuleba NATO-nu Ukraynanı silahla təmin etməyə çağırdı


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-ya üzv ölkələri Kiyevi silahla təmin etməyə çağırıb.


“TASS” xəbər verir ki, Kuleba bu barədə Brüsseldə jurnalistlərə açıqlama verərkən danışıb.

“Mənim gündəliyim çox sadədir, onda cəmi üç bənd var: silah, silah və silah. Biz əminik ki, indi Ukraynaya kömək etməyin ən yaxşı yolu onu lazım olan hər bir şeylə təmin etməkdir. Bu, mənim müttəfiqlərimizə mesajımdır, bu, çox sadədir. Bütün müttəfiqləri öz şübhə və istəksizliklərini bir kənara qoyub Ukraynanı ehtiyacı olduğu hər şeylə təmin etməyə çağırıram”, - deyə Kuleba söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu