Rusiya Ukraynadakı müharibədəki itkilərinin və yaralılarının sayını açıqlayıb


Rusiya Ukraynadakı müharibədəki itkilərinin və yaralılarının sayını açıqlayıb.


“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, müharibə zamanı 498 rus hərbçinin həlak olduğu, 1 597 nəfərin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ukraynalılar arasında ölənlərin sayı 2 870 nəfərdən çoxdur, yaralıların sayı isə 3 700 nəfərə yaxındır.

"Yalnız təsdiqlənmiş məlumatlara görə, Ukrayna hüquq-mühafizə orqanlarının əsir götürülən hərbçilərinin sayı 572 nəfərdir", - xəbərdə deyilir.

Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbçiləri Popovo, Novqorovka, Novomixaylovka, Lyubimovka yaşayış məntəqələrini ələ keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu