Rusiyanın Ukraynadakı itkilərinin sayı 240 minə yaxınlaşır


Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun itkilərinin sayı 239 mini keçib.


Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutkada Rusiyanın 710 əsgəri, 38 artilleriya sistemi zərərsizləşdirilib.

Rusiyanın digər döyüş itkiləri 4119 tank, 8051 zirehli maşın, 3 828 operativ-taktiki PUA, 4 532 artilleriya sistemi, 315 təyyarə, 310 helikopter təşkil edib.

Baş Qərargahdan qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyi irimiqyaslı hücuma keçəndən bəri itkilərinin sayını gizlədir. Muzdlu döyüşçülər arasında da itkilərin olduğu bildirilir.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında müharibə 2022-ci il fevralın 14-də başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu