Rusiyanın Ukraynadakı itkilərinin sayı 50 mini ötdü


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.



AFN-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Döyüşlər nəticəsində Rusiyanın 50150 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 077 tank, 4 484 zirehli döyüş maşını, 1 179 artilleriya sistemi, 296 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 207 helikopter, 876 PUA, 209 qanadlı raket, 15 gəmi, 3 305 avtomobil texnikası və avtosistern, 109 xüsusi texnikadan ibarətdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu