Sülhməramlıların bir hissəsinin Qarabağdan çıxarılması xəbəri yayıldı - VİDEO


Rusiya sülhməramlı kontingentinin bir hissəsinin sonradan Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarıldığı iddia olunur.


AFN.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə müvafiq videolar yayılıb.

Martın 9-da səhər saatlarında çəkildiyi iddia olunan kadrlarda sülhməramlı kontingentin texnika və şəxsi heyətinin Laçın dəhlizində hərəkəti müşahidə olunur.

Sözügedən kolonun Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarıldığı bildirilir.

Həmçinin başqa bir versiyaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər.

Həmin görüntüləri təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu