Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində iki qovaq ağacının kəsildiyi aşkar edilib.


Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev AFN.az-a bildirib ki, ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda Abşeron Rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu