İspaniyada bioloji və kimyəvi hücumlara qarşı antidotlar hazırlanır


İspaniyada qeyri-kommersiya məqsədləri üçün dərman istehsal edən yeganə dövlət əczaçılıq laboratoriyası olan Müdafiə Əczaçılıq Hərbi Mərkəzi Ukraynaya göndəriləcək mümkün nüvə, bioloji və ya kimyəvi hücumlara qarşı antidotların istehsalı üzərində işləyir.


Bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib.

İspaniyalı nazirin sözlərinə görə, ölkəsi artıq Ukraynaya 11 ton tibbi ləvazimat (zərdablar, antibiotiklər, ağrıkəsicilər və anesteziklər) göndərib.

Gələn həftə Ukraynaya ölkənin müxtəlif muxtar icmalarından gələn 50 tondan çox tibbi materialın göndərilməsi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu