Mərkəzi Bankın səlahiyyətləri azaldılıb
Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətləri azaldılıb.
Bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası fəaliyyətinin təşkili məqsədilə yaradılan Şuranın Katibliyinin funksiyasının həyata keçirilməsi Nazirlər Kabinetinə həvalə olunub. Nazirlər Kabineti Şuranın Katibliyinin tərkibini müəyyən edəcək.
İndiyə qədər bu səlahiyyətlər Mərkəzi Bankda olub.