4 nəfəri öldürən iş adam ilə bağlı Apellyasiya Məhkəməsi qərar verdi
Bu gün Bakı Apellyasiya Məhkəməsində 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elşad Kəlbəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
AFN.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən, E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub.
Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib.