"Qarabağ"ın "Sürix"lə mümkün oyununun vaxtı açıqlanıb


"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsveçrə "Sürix"i cavab matçının vaxtını açıqlayıb.


AFN.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İlk görüşün vaxtı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Sürix" II təsnifat mərhələsində "Qarabağ" və Polşa "Lex"i arasındakı matçın qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 5-də Poznanda, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu