Yenə yalan danışırlar - Natiq Cəfərli benzinin bahalaşmasını şərh etdi


Premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Tarif Şurası bir neçə ildir ki, “Aİ-95” markalı benzinin qiymətinə nəzarət etmir və siyahısından çıxarıb.


AFN.az-ın məlumatına görə, bu fikirləri REAL Partiyasının icra katibi Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, problem ondadır ki, o zaman bu benzin növü siyahıdan çıxarılanda dövlət orqanları bir neçə şirkətlərin iştirakı ilə rəqabətli mühitin yaradılacağını və qiymət tənzimlənməsi baş verəcəyini açıqlamışdılar:

"Amma bu, baş vermədi, ölkəyə bu benzini SOCAR-ın törəmə şirkəti gətirir və qiyməti də özləri diktə edir. Əgər bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik, SOCAR-ın rəqibi və başqa alternativi yoxdur, ona görə də qiyməti istədiyi kimi diqtə edir.
Özü də hökumət o qədər primitivdir ki, dünyada neft qiymətlərinin 100 dollardan aşağı düşdüyü gün SOCAR vasitəsi ilə qiyməti qaldırır. Yəni, 1 ay qabaq neft 130 dollar idi, indi 99 dollardlr, SOCAR isə bu gün deyir ki, dünyada qiymət artlb deyə, bizdə də qalxır - yenə yalan danışırlar..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu