Rəşad Sadıqova xəbərdarlıq edilib


AFFA İntizam Komitəsi "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova xəbərdarlıq edib.


AFN.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, səbəb kimi 40 yaşlı mütəxəssisin "Sumqayıt"a qarşı Premyer Liqanın III tur oyununda hakimlərin işinə nümayişkaranə müdaxiləsi göstərilib.

Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Rəşad Sadıqov görüşün sonlarında baş vermiş mübahisəli epizod zamanı VAR-a baxılarkən, hakimlərlə mübahisə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu