Ermənistan beynəlxalq müşahidəçiləri yenidən bölgəyə gətirmək istəyir
Bunu AFN.az-a açıqlamasında siyasi analitik Asif Nərimanlı bildirib. O eyni zamanda Ermənistanın çarəsiz durumda olduğunu, vaxt qazanmaq uğrunda mübarizə apardığını da vurğulayıb: "Sonuncu görüşdə Ermənistan öz üzərinə yeni öhdəliklər götürüb. Bu Ermənistanın sonuncu şansıdır. Hər tərəfli çarəsiz qalan Ermənistan çarəni yeni gərginlik yaratmaqda görür. Belə təxribatlar törətməklə Azərbaycanı cavab addımı atmağa təhrik edirlər. Danışıqları pozmaq, ən əsası isə vaxt qazanmaq...”
A.Nərimanlı sərhəddə gərginliyin Laçın və Kəlbəcər istiqamətində olmasının səbəbsiz olmadığını da vurğulayıb: "Mövqelərimiz Laçın və Kəlbəcər istiqamətində daha çox atəşə tutulur. Bu da səbəbsiz deyil. Qarşı tərəf delimitasiya məsələsi ilə bağlı təkliflərlə razılaşmır. Gorusun Xəzinəvar kəndi, Kəlbəcərin Söyüdlü kəndi istiqamətində problemlər hələ də var. Bir sözlə, Ermənistan bu addımları atmaqla yenidən bölgəyə beynəlxalq müşahidəçiləri dəvət etmək istəyir”.
Fərahim RƏHİMOV