Ermənistan siyasi dilənçilik edir - ŞƏRH
"Ermənistan Brüssel sülh gündəliyini provakasiya etməklə özüne hansısa yeni dırnaqlararası imkanlar əldə etməyə çalışır".
Bunu AFN.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib .O həmçinin sərhəddə baş verən gərginliklərin daxili auditoriyaya hesablandığınıda qeyd edib: “Çox təssüflər olsun ki, sərhəddə gərginlik iki ölkə arasında sülh razılaşmaları üzrə danışıqların aparıldığı bir vaxtda baş verir. Gərginliklər daxili auditoriyaya hesablanır. Onlar bu fəaliyyətləri ilə hərbi “güc”lərini guya ortaya qoyduqlarını zənn edirlər”.
T.İsmayılov eyni zamanda Ermənistanın yeni yalvarışlar üçün zəmin yaratmaq istədiyini bildirib: "Ermənistan bu addımları atmaqla guya Azərbaycanla münaqişənin hələ də davam etdiyini göstərir. Onlar belə addımları ilə yeni fon yaradaraq siyasi dilənçilik edirlər. Yeni yalvarışlar üçün bəhanə axtarırlar. Ermənistan siyasi əxlaqsızlıqla məşğuldur. Artıq bütün dünya görür ki, Azərbaycanın sözü onun imzasıdır. Ermənistan isə hər hansı yolla hər zamanki kimi, razılaşmaları pozur“.
Fərahim RƏHİMOV