Fuad Muradovun atası EİF-dən böyük həcmdə qrant alıb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun atası Elmin İnkişafı Fondundan böyük həcmli qrant alıb.
AFN.az xəbər verir ki, bu barədə ictimai-siyasi fəal Samir Adıgözəlli məlumat yayıb. O bildirib ki, F.Muradovun atası Muradov Rauf Bazirqau oğlu Azərbaycan Respublikası Prezidentinin Yanında Elmin İnkişafı Fondundan 65 min manat qrant alıb: "Görünür Fuad Muradovun dövlətin büdcəsindən mənimsədiyi vəsaitlər bu ailəyə azlıq edir ki, qranta da “möhtac” qalıblar".