Rusiya XİN Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

AFN xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib.
"Əvvəllər olduğu kimi, biz belə bir prinsipdən çıxış edirik ki, Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərinə gəldikdə isə, Rusiyanın konsultativ yardımı ilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir”, - XİN-in bəyanatında bildirilib.