Zelenski azərbaycanlı hərbçini medalla təltif etdi – Döyüş şücaətinə görə


Ukrayna prezidenti Vladimir Zelenski azərbaycanlı hərbçi Vitali Maşallah oğlu Əmirşahovu döyüşdə göstərdiyi şücaətə görə təltif edib.


Zelenski bununla bağlı fərman imzalayıb.

Fərmanda deyilir ki, Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaətə və fədakarlığa görə çavuş Vitali Maşallah oğlu Əmirşahov “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu