Gəncədə avtomobillə vurulan 79 yaşlı kişi ölüb


Gəncədə 9 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.



APA-nın yerli bürosunun məlumatına görə, oktyabrın 4-də Gəncə şəhərində Firdovsi Yusibov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Samux rayon sakini, 1943-cü il təvəllüdlü Fərrux Mustafayevi vurub. Ağır xəsarət alan şəxs Bakıdakı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

O, oktyabrın 12-də xəstəxanada ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu